“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) ekranlaşdırdığı “Palıd ömrü” sənədli filminin istehsalı başa çatıb.AzTV-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu ekran əsəri klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, böyük maarifpərvər Nəcəf bəy Vəzirovun ömür yolundan və yaradıcılığından bəhs edir.Filmdə ədibin əsərlərindən parçalar səsləndirilib, eləcə də ictimai fəaliyyəti işıqlandırılıb. Tamaşaçılar filmdə ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun meşəçiliyə həsr olunmuş “Palıd” elmi əsəri haqqında da məlumat əldə edəcəklər.Ədibin obrazını aktyor Cəlal Məmmədov canlandırıb.Ekran əsərinin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Tural İzzətli, operatoru Adil Abbasovdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !