"Palmali" Holding sanksiya qoyulan heç bir ölkə ilə işləmir - Mənsimov

21:17 | 07.05.2019

"Palmali" Holding sanksiya qoyulan heç bir ölkə ilə işləmir - Mənsimov

"Palmali" Holding sanksiya qoyulan heç bir ölkə ilə işləmir və işləməyəcək, bunu şirkətin rəhbəri  Mübariz Mənsimov bildirib. 
 
"Palmali" Holding sanksiya qoyulan heç bir ölkə ilə işləmir və işləməyəcək. Amerikada da yeni ofisimizi açırıq, proses artıq başa çatmaq üzrədir. Bizdə hər şey qanun çərçivəsində və şəffaf işləyir. Elə ona görə də dünyanın ən böyük və etibarlı şirkətləri sırasında yer alırıq. Sanksiya tətbiq olunan şirkət ABŞ-da ofis aça bilər? Adı çəkilən gəmilərin heç birinin "Palmali”yə aidiyyatı yoxdur", - deyə Mənsimov vurğulayıb. 
 
Onun sözlərinə görə, "Palmali"nin həyata keçirdiyi son sərmaye yatırımları bəlli olan insanları və qurumları qıcıqlandırmağa başlayıb. Elə ona görə də Azərbaycandan keçib indi də Türkiyədəki kiçik saytlar vasitəsilə yalan xəbərlər dərc etməyə başlayıblar ki, sonradan mənbə kimi göstərə bilsinlər. "Bu, məqsədli şəkildə yazılan yalan xəbərdir. Bütün bunlar imicimizə zərər vurmaq və işlərimizdə problem yaratmaq üçün edilir. Bunun arxasında kimlərin dayandığını çox gözəl bilirik", - deyə Palmali rəhbəri əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM