"Palmali Holding"in müflis elan edilməsi xəbəri ilə bağlı şirkətdən AÇIQLAMA

14:14 | 31.05.2020

"Palmali Holding"in müflis elan edilməsi xəbəri ilə bağlı şirkətdən AÇIQLAMA

"Palmali Holding”in müflis elan edilməsi barədə xəbər əsassızdır və şirkətin nüfuzuna zərər vermək məqsədi daşıyır”.

Anews.az xəbər verir ki, bu barədə Mübariz Mənsimovun köməkçisi Fidan Quliyeva "Facebook” hesabında məlumat verib.

"Qısa müddət ərzində bununla bağlı ətraflı məlumat tərəfimizdən ictimaiyyətə açıqlanacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün saytlarda , həbsdə olan iş adamı Mübariz Mənsimovun sahib olduğu "Palmali Holding Company Limited”in müflis olması ilə bağlı xəbərlər yayılmışdı.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb