Pamela Anderson keçmiş ərinə yenidən ərə gedib FOTOLAR

17:58 | 12.01.2014
Pamela Anderson keçmiş ərinə yenidən ərə gedib FOTOLAR

Pamela Anderson keçmiş ərinə yenidən ərə gedib FOTOLAR

 Hollivudun məşhur aktrisası və fotomodeli Pamela Anderson keçmiş əri Rik Salomona yenidən ərə gedib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı ABŞ-ın “NBCUniversal” telekanalı yayıb. Əslən kanadalı olan aktrisa Los-Anceles şəhərində keçirilən Şon Penin xeyriyyə tədbirinə barmağında üzüklə gəlib. “E!” jurnalının jurnalistinin “Siz yenidən ərəmi gedibsiniz?” sualına “Bəli” cavabını verib. Anderson əlavə edib ki, onlar çox xoşbəxtdirlər.

Xatırladaq ki, Pamela Anderson kino prodüser Salomonla 2007-ci ildə ailə həyat qurmuşdu, ancaq o vaxt onların sevinci 2 ay sürmüşdü. Pamela bundan öncə də 2 dəfə ərdə olub. Musiqiçi Tommi Li ilə onun evliliyi 3 il sürüb. Aktyor Kid Rok ilə isə Anderson 4 ay evli olub. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM