Pan Gi Mun Kim Çen Inla görüşəcək

23:59 | 19.05.2015
Pan Gi Mun Kim Çen Inla görüşəcək

Pan Gi Mun Kim Çen Inla görüşəcək

BMT baş katibi Pxenyana getməyə hazırdır

"Əgər bu vacib olarsa Şimali Koreyaya səfər etməyə hazıram". ANS PRESS-in məlumatına görə, Cənubi Koreyanın "Renxan” nəşri yazır ki, belə bir açıqlamanı BMT baş katibi Pan Gi Mun regionda gərginliyin artması ilə əlaqədar olaraq verib.

"Əgər səfərim xeyirli olacaqsa mən Pxenyana getməyə hazır olduğumu nəzərinizə çatdırıram”- deyə Pan Gi Mun Seulda keçirilən Asiya liderləri konfransında çıxışı zamanı bildirib.

O xatırladıb ki, Şimali Koreya Xalq Demokratik respublikası BMT-nin üzvüdür və siyasi məsələlərlə humanitar məsələlər ayrılmalıdır. Baş katib beynəlxalq ictimaiyyəti Şimali Koreyada olan humanitar vəziyyətə diqqət yetirməyə çağırıb. Onun sözlərinə görə bu ölkədə uşaqlar aclıqdan əziyyət çəkir.

Qeyd edək ki, Şimali Koreya oktyabr ayında kontingetlərarası raket buraxacağını elan edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM