Pan Gi Mun müavinini Ukraynaya göndərdi

16:43 | 03.03.2014
Pan Gi Mun müavinini Ukraynaya göndərdi

Pan Gi Mun müavinini Ukraynaya göndərdi

BMT-nin baş katibi Pan Gi Mun müavinini Ukraynaya göndərib. ANS PRESS-in məlumatına görə, baş katibin müavini Yana Eliassonanın bu ölkəyə göndərilməsinin səbəbi Ukraynadakı siyasi vəziyyətlə tanış olmaqdır. Bu barədə təşkilatın saytında məlumat yayılıb:"Baş katibin birinci müavini Ukraynada olan zaman yerlərdə faktları dəqiq qiymətləndirəcək və birinci katibə məlumat verəcək".Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri də Ukraynaya gedəcək. Dövlət katibinin mətbuat xidmətindən verilən məlumatda Con Kerrinin ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətilə birlikdə Ukraynanın paytaxtı Kiyevə səfər edəcəyi açıqlanıb. Sabah realladırılacaq səfərdə Kerrinin Ukrayna parlamenti Radanın üzvləri, yeni Ukrayna hökumətindəki yüksək səviyyəli nümayəndələri və qeyri-hökumət üzvləriylə görüşəcəyi gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM