BMT-nin Baş katibi Pan Gi Mun cümə axşamı Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda helikopter faciəsindən sonra regionda vəziyyəti gərginləşdirəcək heç bir addım atmamağa çağırıb. “BMT-nin baş katibi Minsk qrupunun həmsədrlərinin narahatçılığının ciddiliyi ilə razılaşır”, - BMT-nin baş katibinin nümayəndəsi Farhan Haq jurnalistlərə bildirib, Oxu.Az xəbər verir.“O, yenidən tərəfləri atəşkəs haqqında razılığa riayət etməyə çağırıb. O, həmçinin tərəfləri vəziyyəti gərginləşdirə biləcək addım atmaqdan qaçmağa çağırıb”, - o əlavə edib.Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabr ayının 12-də saat 13:45-də Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 helikopteri Azərbaycanın Ağdam rayonunun Kəngərli kəndinin şərqində 1700 km-də olarkən hərbi kursa çıxıb və Azərbaycan ordusunun mövqelərinə hücum cəhdi göstərib. Azərbaycan tərəfindən açılan atəş nəticəsində helikopter məhv edilib. Vurulan helikopterin qalıqları Azərbaycan mövqelərindən 500 metr aralı məsafəyə düşüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !