ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, BMT-nin baş katibi Pan Ki-Mun rəsmi səfər çərçivəsində İraqın paytaxtı Bağdada gəlib.
İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri və digər iraqlı rəsmiləri BMT baş katibini Beynəlxalq Bağdad Aeroportunda qarşılayıb. Proqrama baş nazir Heydər əl -İbadi və məclis sədri Səlim əl-Cuburi ilə rəsmi görüşlər daxil edilib və məqsəd bölgədəki ictimai-siyasi durumu müzakirə etməkdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !