Pandemiya dövründə ölkədə yaşamasına icazə verilən əcnəbilərin sayı AÇIQLANDI

10:58 | 14.01.2021
Pandemiya dövründə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb. 


Anews.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, ötən il ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı 59 963 olub:


"Gürcüstandan 25 385, Rusiyadan 23 583, Türkiyədən 3 626, Ukraynadan 1 736, Pakistandan 835 və digər ölkələrdən 4 795 nəfərin ölkədə yaşaması leqallaşdırılıb”.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti

Telegram kanalımıza abunə ol ! tg_kanal