Beynəlxalq Bankı da yaxından iştirak edir.
Bankından daha aşağı faizlərlə əldə edə bilərlər. Belə ki, 36 ayadək verilən kreditlərin faizi 7.5%-ə endirilib. Bu kreditlər sahibkarlara subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilir.
Biznesə dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara sürətli və ənənəvi olmaqla iki növ kredit təklif edilir. Sürətli kreditin məbləği 200 min manata, ənənəvi kreditin məbləği isə 3 milyon manata qədərdir.
Dövlət zəmanəti ilə verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına zəruri məlumatları daxil edərək müvəkkil bankı seçir. Biznes-planına uyğun şəkildə kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sürətli kredit üçün müraciət etmiş sahibkarın müraciətinə Bankda maksimum 7 iş günü, ənənəvi kredit üzrə müraciətlərə isə 10 iş günü ərzində baxılır.
Bu kreditlərdən istifadə qaydalarının sahibkarlara ətraflı izahı üçün avqustun 7-də, Azərbaycan Beynəlxalq Bankının Sahibkarlar Klubunun üzvləri üçün vebinar keçirilib.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !