Katoliklərin ruhani lideri Papa Fransisk Cənubi Amerika səfəri zamanı Ekvadorda 800 min adamın iştirak etdiyi ayin keçirib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, papa seçildikdən sonra özünün də dediyi kimi, "sevimli Cənubi Amerika"sına ikinci dəfə səfər edən Fransiskonun Ekvador, Boliviya və Paraquay səfəri 8 gün davam edəcək və səfərin şüarı "kasıblar üçün sosial ədalət"dir.
Bazar axşamı Ekvadorun paytaxtı Quitoya çatan 78 yaşlı papa Fransisk səhəri günü Müqəddəs Mərhəmət Manastrına baş çəkib.Ölkə rəhbərliyinin təklif etdiyi heç bir avtomobili qəbul etməyən Papa Fransisk yenə də Vatikana məxsus "Fiat" markalı balaca maşının ilə səyahətini davam etdirib.
Müqəddəs Mərhəmət Manastrının yerləşdiyi Guayaquil şəhərinə çatan papa burada bütün gecəni dualar və ilahilər oxuyaraq onu gözləyən yüz minlərlə dindarın qatıldığı ayini idarə edib.
O, şəhərin "Los Samanes" paarkında təşkil olunan açıq hava ayini zamanı ailə birliyinin qorunmasının vacibliyi ilə bağlı moizə edib.
Papanın 8 gün ərzində olacağı Ekvador, Boliviya və Paraquay ölkələrinin əhalisi əsasən katolik məzhəbinə aiddirlər. Eyni zamanda bu ölkələrin əhalisi yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayırlar.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !