Roma papası I Francis aprelin 24-də qondarma "erməni soyqırımı”nı qeyd etmək üçün Yerevana gələcəyi gözlənilir. Bundan əlavə o, I Dünya Müharibəsi dövründə osmanlı Türkiyəsində ermənilərin qətliamını təsvir edərkən "soyqırım" sözünü işlədib.
Qətliamla bağlı "soyqırım" sözünü Papa Francis ilk dəfə olaraq iki il bundan əvvəl işlədib. Bazar günü Vatikanda keçirilmiş mərasimdə Roma Papası bəşəriyyətin "ötən əsrdə üç böyük və bərabəri olmayan faciələr yaşadığını" deyib.
Papa Francis 2001-ci ildə Roma Papası II John Paul-un bəyanatındakı sözləri işlədərək deyib: "'20-ci əsrin birinci soyqırımı' sayılan ilk faciəni erməni xalqı yaşayıb".
Roma papasının qondarma "erməni soyqrımı” tədbirinə qatılmasının əsas səbəbi nədir? Dünyanın başqa hansı ölkələri bu anım tədbirində iştirak edəcək? Roma Papasında bu cür ermənipərəst, erməni sevgisinin olmasının səbəbi haradan qaynaqlanır?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu ANN.Az-a açıqlamasında bildirib ki, xeyli müddətdir rəsmi Vakitan qondarma "erməni soyqrımı"nı tanıyıb: "Artıq papa da buna uyğun olaraq öz siyasətini yürüdür. Əslində, papanın belə bir addım atması gözlənilən idi. Ermənistan prezidentinin Vakitana səfəri zamanı da papa Francisin qondarma "erməni soyrıqımı" haqqında dedikləri bunu bir daha sübut etdi. Papanın bu addım atmasının digər səbəbi isə onların ermənilərə olan dəstək siyasətinin davamı kimi qiymətləndirmək olar”.
Başqa ölkələrin ermənilərin "qondarma soyqrımı” tədbirinə qatılmasından danışan politoloq qeyd edib ki, bu tədbirə qatılmaqdan qəti surətdə imtina edən ölkələr də var: "Çünki həmin tarixdə Türkiyə respublikasında da başqa bir tədbir "Çanaqqalanın 100 illiyi” baş tutacaq. Bu dövlətlər artıq özləri qərar verməlidilər ki, onlar kimin yanındadılar. Türkiyə-Azərbaycan əlaqələrinin genişlənməsini istəyirlər, ya kasıb bir Ermənistanın xülyasını, saxta iddalarını dəstəkləyəcəklər? Artıq bu seçim o ölkələrin öz əllələrindədir və seçimlərini etməlidirlər”.
Papanın ermənilərə qarşı xüsusi lobbisinin olmasını vurğulan politoloq ifadə edib ki, indiki Vakitan rəhbərliyi əslən argentinalıdır: "Argentinanın özündə də çox böyük erməni lobbisi var. Ehtimal ki, Papa I Francis Vakitana rəhbər seçilməmişdən əvvəl də çox güclü erməni lobbisi ilə məşğul olurmuş. Ola bilsin ki, hazırda da o lobbinin təsiri onun üzərindədir”.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !