Kubaya rəsmi səfər edən 3-cü papa olan argentinalı Fransisk paytaxt Havabadakı İnqilab meydanında gerçəkləşdirdiyi ayindən sonra ölkənin keçmiş lideri Fidel Kastro və indiki lider Raul Kastro ilə görüşüb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Vatikan sözçüsü Federiko Lambardi bu barədə açıqlama verib. Onun sözlərinə görə, ölkənin əfsanəvi lideri Kastronun evində reallaşan bu görüş 1 saata qədər davam edib və hər iki şəxslər bir-birilərinə kitab hədiyyə ediblər.
Papa Fransisk 89 yaşındakı Fidel Kastroya 2-si teoloji mövzulu 4 kitab verib. Kastro da Papaya braziliyalı rahib Frei Bettonun özü ilə bağlı hekayələrin toplandığı "Fidel və Din" kitabını bağışlayıb. Görüşdə Kastronun digər ailə üzvləri də iştirak edib.
Papa daha sonra İnqilab Sarayında Raul Kastro ilə qapalı görüş keçirib. Fotolardan göründüyü kimi, Raul Kastro da Papaya İsa peyğəmbərin heykəlini hədiyyə edib.
Rəsmi Vatikanın yaydığı məlumata görə, Papa Fransisk Kubadan ABŞ-a rəsmi səfərə gedəcək, Vaşinqtonda görüşlər keçirəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !