Katoliklərin ruhani lideri və Vatikan şəhər dövlətinin başçısı Papa Fransisko Suriya və İraqda yaşanan hadisələrlə bağlı beynəlxalq ictimaiyyətin ciddi iradə ortaya qoy bilməməkdə qınayıb, Türkiyə, Livan və İordaniyanın milyonlarla qaçqının yükünü daşıdığı və onlara yardım etdiyini yüksək qiymətləndirdiyini deyib.
Suriya və İraqdan qaçqın düşənlərlə bağlı məsələ Katolik Kilsəsi adından yardım məsələlərini həyata keçirən "Cor Unum" ("Tək Ürək") Papalıq Şurasında müzakirə edilib.
ANN.Az xəbər verir ki, yüksək rütbəli katolik din adamlarının, BMT-nin Baş katibinin köməkçisi və humanitar məsələlər və fövqəladə hallar üzrə koordinatoru Stephen O’Brienin iştirka etdiyi iclasda papa Fransisk mövcud vəziyyətlə bağlı fikirlərini və təkliflərini səsləndirib.
Suriya və İraqda baş verən proseslərin həm sadə vətəndaşların faciəsinə, həm də mədəniyyətlərin, milli mirasların məhv olmasına gətirilib çıxarıldığına diqqət çəkən Papa bunları deyib: "Doğulub boya-başa çatdığı torpaqları tərk etmək məcburiyyətində qalan milyonlarla insan təcili yardıma, köməyə, dəstəyə möhtacdırlar. Liviya, İordaniya və Türkiyə milyonlarla qaçqının yükünü daşıyır, onlara mərdcəsinə münasibət sərgiləyirlər. Silah tacirləri öz mənafelərini qorumaq məqsədilə bu durumun daha uzun sürməsini istəyir, bunun qarşılığında isə beynəlxaql ictimaiyyət susqunluq nümayiş etdirir".
O. bu hadisələrdən daha çox uşaqların, qadınların və ahılların ziyan çəkdiyini vurğulayıb: "Bu pislik Suriyada və İraqdakı tikililərdə, tarixi abidələrdə dərin izlər buraxır, ancaq ən əsas iz insan vicdanlarından qalanlardır. Ən ağırı odur ki, bu mənzərə hər gün media vasitəsilə dünya ictimaiyyətinə çatdırılır, amma onun qarşısını almaq üçün heç bir addım atılmır. Hər kəs bu döyüşlərin ağırlığının daha çox kasıb adamların çiyninə düşdüyünü fərq edir. Bu problemin həll yolu tapılmalı, amma bu daha şiddətli olmamalıdır, çünki şiddət daha dərin yaralar aça bilər".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !