Katolik Kilsəsinin lideri Papa Fransisk Vatikandakı Müqəddəs Pyotr Meydanındakı çıxışı zamanı ailə və uşaq mövzusuna toxunub.
ANN.Az BBC-yə istinadən xəbər verir ki, Papa Fransisk çox uşağı olan ailələrin bunun onlar üçün "yük" kimi görülməsinin doğru olmadığını bildirib. Papa çıxışında deyib: "Əgər çox uşaqlı bir ailəyə yük gözü ilə baxılırsa, demək burada nəsə yanlışlıqlar var.
Uşağı olacaq ailə daha çox məsuliyyətli olmalıdır, amma çox uşaq sahibi olmaq məsuliyyətsiz olmaq demək deyil. Uşaq istəməmək eqoistlikdir. Uşağa sahib olmaq insanı yoxsullaşdırmır, əksinə zənginləşdirir."
Papa 3 uşaq tövsiyə edir
Papa çıxışı zamanı öz ailəsi haqqında maraqlı bir söhbət edib: "Anamdan 5 uşağından hansını daha çox istədiyini soruşanda, o belə cavab verirdi: Uşaqlarım bir əlin 5 barmağı kimidir. Bir barmağımı incitsələr, digər barmaqlarımda ağrı hiss olunacaq. Hamısı mənim uşağımdır, amma hamısı da bir əlimin 5 barmağı kimi bir-birindən fərqlidir. Bax ailə budur. İnsan uşağını gözəl olub-olmadığı üçün deyil, öz uşağı olduğu üçün sevməlidir".
Papa keçən ayki çıxışında bildirmişdi ki, Katoliklərin "dovşan kimi çoxalmasını" ifadəsini düzgün saymır və ideal ailənin 3 uşağının olması daha düzgündür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !