ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, italyan mediası Papa Françeskonun uşaqların və qadınların istismarı, narkotik və insan ticarətinə qarşı fəaliyyət göstərən, Argentina mərkəzli "La Alameda" adlı QHT-nin sədri, ictimai fəal və siyasətçi Qustavo Veraya email yollayıb və bu məktubun məzmunu ictimaiyyətə açıqlanıb.
Məktubun məzmunu haqqında ölkə televiziyalarından birinə açıqlama verən Qustavo Vera papanın narkotik maddələrin istifadəsinin artması və bu ziyanlı maddələrin trafikinin nəzarətə alınmaması halında Argentinanın də yaxın zamanlarda Meksikaya çevriləcəyi xəbərdarlığını etdiyini bildirib. Papa bu mənzərəni belə ifadə edib: "Oradakı vəziyyət daha dəhşətlidir".
Papanın 21 fevralda yolladığı e-mailındəki ifadələr Meksika hökumətində narahatlıq yaradıb və Müqəddəs Məqama (Vatikana) etiraz edilib.
Meksika Xarici İşlər Nazirinin müavini Jos Antonio Meade ölkəsindəki papa nümayəndəsi Kristof Pyer ilə bir araya gəlib və ona diplomatik nota təqdim edib: "Bu nota ilə Papa Françeskonun xüsusi bir yazışma ilə verdiyi açıqlamalar qarşısındakı kədər və narahatlığımızı bildiririk. Roma papası Meksikanı damğalamaq əvəzinə, daha yaxından ölkəyə yardımçı ola bilər".
Papa sözçüsü Ata Federiko Lambardini hələ ki, bununla bağlı hər hansı açıqlama verməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !