Amerika vətəndaşı olan ateist yazar Avijit Roy həyat yoldaşıyla birlikdə bir kitab sərgisində iştirak etmək üçün getdiyi Banqladeşdə paramparça edilərək öldürülmüş, xanımı Rafida Bonya Əhməd isə ağır yaralanmışdı.
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, Roy və həyat yoldaşı banqladeş dilində sekulyarizm və elmi mövzularda bloq yazırmışlar. Bundan başqa, cütlük "Facebook" sosial şəbəkəsində ateizmi təbliğ etməklə məşğul olublar. Ateist yazar həyat yoldaşı ilə birgə "Mukto-mona" ("Azad düşüncə") adlı bloqda yazdığı yazılara görə daha əvvəllər dəfələrlə təhdid ediliblər.
BBC-yə müsahibə verən Royun xanımı Rafida Bonya Əhməd dünyəvilik və elm haqqındakı fikirlərini ifadə etməyə davam edəcəyini, səssiz qalmayacağını deyib.
Rafida Bonya Əhməd yaşadıqlarını belə ifadə edib: "Nədənsə hadisə ilə əlaqədar bütün yaddaşım silinmiş vəziyyətdədir. Axşam yeməyi yemək üçün evə getməli idik. Deyəsən, Avijitin əlindən tutmuşdum, danışırdıq. O andan sonrasının xatırlamıram. Daha sonra xatırladığım budur ki, bir maşının içərisindəyəm və hər yerim qan içərisindədir".
Həyat yoldaşını xəstəxanadaykən görən qadın deyib: "Avijit hələ sağ idi, yanımdakı yataqda uzanırdı. Həkimlər danışırdılar. Onlardan xahiş etdim ki, əvvəl onunla maraqlansınlar, çünki mən daha yaxşı vəziyyətdəydim. Avijit həyatda olsa da, şüuru yerində deyildi".
"Səssiz qalmayacam"
Rafida Bonya Əhməd deyib ki, hadisədən sonra da səssiz qalmayacaq. Hücumdan sonra Banqladeşin paytaxtı Dəkkədə şagirdlər, müəllimlər və bloggerlər etiraz aksiyaları təşkil ediblər. Polis hücumun radikal islamçıların etdiyini ehtimal edir. 160 milyon əhalisi olan Banqladeşdə əhalinin çoxunu müsəlmanlar təşkil edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !