Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib

00:16 | 08.08.2024
Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının final mərhələsində Cənubi koreya təmsilçisi Park Taejoona uduzaraq gümüş medal qazanıb.

 19:26

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.Hər iki hissədə rəqibindən üstün olan Maqomedov qələbə qazanıb.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.
 
 ***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov yarımfinala yüksəlib.

14:24

Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM