Paris Disneylendində olay yaşandı

15:30 | 11.01.2015
Paris Disneylendində olay yaşandı

Paris Disneylendində olay yaşandı

Fransanın paytaxtı Parisin Disneylendində 30 yaşlı turist qadın həbs olunub.  Le Figaro xəbər verir ki, o, özünü partladacağını söyləyib.


Qadın yerli otelin pəncərəsindən özünü partladacağını deyirmiş. O həmçinin 2 gün əvvəl yəhudi mağazasını tutaraq, dörd nəfəri öldürmüş Əmədi Kulibalinin tərəfdarı olduğunu bildirib. 


İndi turist qadın "yalan informasiyanın yayılması” ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq, çünki onun üzərində partlayıcı maddə olmayıb. 


Qadın iki ilədək azadlıqdan məhrum edilə yaxud 30 min avro cərimələnə bilər. 
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM