Fransa Senatında erməni soyqırımını uydurma adlandırdılar
Fransa Senatında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar konfrans keçirilib. Konfransda Qafqaz regionunda təhlükəsizlik və sabitlik mövzusunda müzakirələr aparılıb.
ANS PRESS-in məlumatına görə, Fransa Senatı Qafqaz Dostluq Qrupunun sədri, senator Andre Rayxardtın sədrliyi ilə keçirilən konfransda ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib. Bundan başqa, həmyerlilərimiz Şahin İsmayılov və Səbinə Əsədova, eləcə də Ermənistan üzrə mütəxəssis olan fransalı tarixçi Maksim Qoen də konfransda çıxış ediblər.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışı zamanı Dağlıq Qarabağın strateji əhəmiyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı məlumat verib və bu istiqamətdə görülən işlərin irəliləmədiyinə diqqət çəkib. Fransalı tarixçi Maksim Qoen isə ermənilərin tarixini araşdırdığını, onların Qafqazda problemli bir icma olduğunu deyib, Dağlıq Qarabağın işğalından və ermənilərin törətdiyi qətliyamlardan danışıb.
Fransalı tarixçi Osmanlı imperiyası dövründə də ermənilərin vəziyyətindən danışıb və erməni soyqırmı iddialarının uydurma olduğunu bildirib.
Həmyerlimiz Səbinə Əsədova isə konfransda çıxışı zamanı ailəsinin Dağlıq Qarabağda hər şeyini itirdiyini, işğal olunmuş torpaqlarda yaşamaq hüququnun olmadığını deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !