Paris terrorçularından ikisi Suriyada döyüşüb

11:25 | 16.11.2015
Paris terrorçularından ikisi Suriyada döyüşüb

Paris terrorçularından ikisi Suriyada döyüşüb

Parisdə qanlı hücumlar törədən terrorçularla bağlı maraqlı nüanslar ortaya çıxmaqda davam edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, özünü "Stad De France”ın yaxınlığında partladan 20 yaşlı Bilal Hədfin bir müddət Suriyada olub və sonradan Belçikaya qayıdıb. Ümumiyyətlə, Belçika paytaxtı Brüssel İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının terrorçuları üçün hazırlıq bazası rolunu oynayıb. Terorçulardan biri – Əhməd Əlməhəmməd isə Suriyanın İdlib şəhərində olub və oktyabrın 3-də qaçqın kimi Yunanıstana, oradan isə Belçikaya köçüb.

Terroçu qrupun üzvü Ömər Mustafel isə Yaxın Şərqdə heç vaxt olmayıb. Lakin 2010-2013-cü illərdə inzibati qayda pozuntularına görə polis tərəfindən qısa müddətə saxlanılıb.  

Parisin Volter bulvarında özünü partladan 31 yaşlı İbrahim Abdeslam da Belçika müsəlmanlarından olub. Fransa polisi onun qardaşı Saleh Abdeslamı axtarışa verib.

Bundan əvvəl, təıhlükəsizlik qüvvələri "Stad De France”da özünü partladan 29 yaşlı Fransa vətəndaşı İsmail Ömər Mustafanın atasını və qardaşını həbs etmişdi.

Noyabrın 13-də Parisdə 8 terrorçunun ayrı-ayrı yerlərdə törətdiyi terror aksiyalarında ölənlərin sayı 132-yə çatıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM