Parisdə törədilən silsilə terror aktlarının əsas təşkilatçısının kimliyi məlum olub.
Modern.az xəbər verir ki, Fransanın "RTL” radiosu hadisələrin arxasında "İslam dövləti”nin (İŞİD) rəhbər funksionerlərindən sayılan 27 yaşlı Əbdülhamid Abaudun durduğunu bildirib.
Radionun məlumatına görə, qruplaşmanın əsas amansız üzvlərindən sayılan Abaud Parisdəki aksiyaların əsas sponsoru olub.
Yanvarın 17-də Yunanıstanda 3 tərəfdarı ilə birlikdə həbs olunan terrorçu sonradan azadlığa buraxılaraq Suriyaya geri qayıdıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !