Parisdə azərbaycanlı rəssamın fərdi sərgisi

09:53 | 06.12.2013
Parisdə azərbaycanlı rəssamın fərdi sərgisi

Parisdə azərbaycanlı rəssamın fərdi sərgisi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dekabrın 6-da Parisin Korrado Borton incəsənət qalereyasında tanınmış azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın fərdi sərgisi açılmışdır.Sərgidə Tbilisi Rəssamlıq Akademiyasının məzunu olan Ə. Nərimanbəyovanın rəssamlığın kubizm cərəyanına məxsus əsərləri nümayiş etdirilmişdir. Rəssamın “İpək yolu üzərində Bakı” adı ilə tamaşaçılara təqdim olunan tabloları orijinallığı və məzmunu ilə diqqəti cəlb etmiş və böyük maraq doğurmuşdur.Sərgi iştirakçısı Danyel Loran aldığı təəssürat barədə demişdir: “Fransada istedadlılar diyarı kimi Azərbaycanın daha bir rəssamının əsəri ilə yaxından tanış oldum. Rəssamlığın kubizm cərəyanı üslubunda işlənən bu əsərlər çoxlarına mücərrəd tablolar təsiri bağışlaya bilər. Amma rəssamın hər bir tablosunda onu düşündürən, narahat edən mövzular əks olunmuşdur. Digər tərəfdən isə Əsmər Nərimanbəyovanın hər mövzuya uyğun rəng seçiminə heyrətlənməyə bilmirsən. Mənim üçün digər maraqlı fakt ondan ibarətdir ki, Əsmər xanımın soy kökü həm də Fransa ilə bağlıdır. Onun atasının – dünya şöhrətli məhrum rəssam Toğrul Nərimanbəyovun anası fransız olmuşdur”.Gənc rəssamın əsərləri doğma vətəni Azərbaycanla yanaşı, Amerika, Fransa, Almaniya, Polşa, Rusiya, İsveçrə, Böyük Britaniya, Finlandiya, Çin və digər ölkələrin muzey və incəsənət qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, ona böyük uğur qazandırmışdır.Sərgidə Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Parisdəki səfirliyinin əməkdaşları, tanınmış incəsənət xadimləri, diaspor təmsilçiləri, mətbuat nümayəndələri iştirak etmişlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM