Fransa Suriyadakı vəziyyətlə bağlı müxtəlif dövlətlərin iştirakı ilə yeni beynəlxalq görüş keçirməyi planlaşdırır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyinin təmsilçisi Romen Nadal bildirib.
"Biz oktyabrın 27-də Parisdə əsasən regional dövlətlərin iştirakı ilə yeni görüş keçirəcəyik", - o vurğulayıb.
Məlumata görə, həmin toplantıya Rusiya dəvət olunmayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !