Fransanın paytaxtı Paris bu səhəri bir mağazada 10 nəfərin girov götürülməsi xəbəri ilə açıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hadisə Paris yaxınlığındakı Hauts-de -Seine bölgəsində olub. Bir mağazanın 10 nəfər işçisi girov götürülüb. Fransa polisi artıq hadisənin baş verdiyini təsdiq edib, amma əlavə məlumat verilmir.
Hadisənin şahidlərinin dediyinə görə, mağazaya hücum edənlər 3 nəfər silahlı şəxsdir. Hadisənin terror hücumu olub-olmaması araşdırılır.
Hazırda bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri yeridilir.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !