Parkda ad günü keçirdilər, kabab çəkdilər -VİDEO

12:21 | 04.07.2020
Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq "ad günü” keçirən şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.  

Anews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun T.Elçin və H.Seyidbəyli küçələrinin kəsişməsində yerləşən park tipli bağda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslər saxlanılıblar. 

Ümumilikdə 5  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onların hər biri 200 manat cərimə olunublar.


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM