Parkinq icazəsi olanlara XƏBƏRDARLIQ

11:57 | 04.06.2015
Parkinq icazəsi olanlara XƏBƏRDARLIQ

Parkinq icazəsi olanlara XƏBƏRDARLIQ

Bakı 2015 I Avropa Oyunları keçirilən ərazilərə avtomobilləri saxlamaq üçün xüsusi icazə vərəqələri olan şəxslər avtomobillərini yalnız axşam saatlarında park edə bilərlər.

Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov deyib.

Onun sözlərinə görə, əhalinin rahatlığını təmin etmək məqsədi ilə Bakı 2015 I Avropa Oyunları keçirilən ərazilərdə yaşayan sakinlər üçün artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən parkinq üçün icazə vərəqələri verilib.

Parkinq üçün icazə vərəqələri məskunlaşma ərazisinə görə kodlaşdırılıb. Ərazi koduna əsasən vətəndaşa verilən icazə vərəqi imkan verir ki, axşam saatlarında sakinlər göstərilən yerdə maşınlarını saxlaya bilsinlər. 

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi qeyd edib ki, parkinq üçün icazə vərəqəsi olan vətəndaş avtomobili yalnız məskunlaşma ərazisinə uyğun olaraq saxlaya bilər:

"Parkinq üçün icazə vərəqəsi avtomobillərin ön şüşəsinə yapışdırılmalıdır. Vətəndaşlar yaşadığı ərazidə "durma” qadağanedici nişanı olmadığı təqdirdə nəqliyyat vasitəsini axşamdan səhərə qədər saxlaya bilərlər.

Lakin məskunlaşma ərazisinə görə bir kodu olan vətəndaşlara digər Avropa Oyunları keçirilən ərazilərdə avtomobili saxlamaq qadağan edilib. Misal üçün Heydər Əliyev Arenası yaxınlığında parkinq üçün icazə vərəqəsi olan şəxs, Tofiq Bəhramov Stadionu yaxınlığında avtomobili saxlaya bilməz”.

Qeyd edək ki, maşınını icazə vərəqəsində qeyd edilən yerdən kənarda saxlayan şəxsin avtombili həmin ərazidən dərhal uzaqlaşdırılacaq və onların sahibləri cərimələnəcəklər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti