Parlament pensiyaların artırılmasını nəzərdə tutan dəyişikliyi II oxunuşda qəbul edib

13:26 | 09.07.2019
Parlament pensiyaların artırılmasını nəzərdə tutan dəyişikliyi II oxunuşda qəbul edib

Parlament pensiyaların artırılmasını nəzərdə tutan dəyişikliyi II oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Anews.az xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olunub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb