Parlament seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 9-a çatıb

14:41 | 14.12.2019
Parlament seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 9-a çatıb

Parlament seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 9-a çatıb

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 9-a çatıb.

Anews.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha altı partiyanın - Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 3 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb