Türkiyədə parlament idarəetmə forması dövlətin maraqlarına uyğun deyil.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyənin prezident üsul-idarəsinə keçməsinin tərəfdarıdır.
Bundan əvvəl Türkiyə Prezident Administrasiyasından Trend-ə bildirmişdilər ki, Türkiyə üçün ölkənin maraqlarına cavab verəcək yeni Konstitusiyanın qəbul edilməsi prioritetdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !