Kanadanın paytaxtı Ottavada naməlum silahlı şəxs parlamentinə hücum edib və nəticədə binanın qarşısındakı abidə önündə növbə çəkən əsgəri yaralayıb.Daha sonra həmin şəxs qaçaraq parlamentin binasına daxil olub. BBC xəbər verir ki, binaya daxil olan cinayətkar burada təxminən 30 dəfə atəş açıb. Son məlumata görə, silahlı şəxs artıq öldürülüb. Atışma zamanı hərbçilərdən birinin yaralandığı bildirilir. Ölkənin baş naziri Stiven Xarper dərhal parlamentdən təxliyə edilib. Qeyd edək ki, ötən gün Kanada hakimiyyəti ölkədə terror təhlükəsinin səviyyəsini “aşağı”-dan “orta”-ya dəyişib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !