Parlamentdə dava düşdü

17:37 | 21.02.2014
Parlamentdə dava düşdü

Parlamentdə dava düşdü

Ukrayna Ali Radasında deputatlara arasında dava düşüb. Mübahisə parlamentin bu gün keçirilən iclası zamanı qeydə alınıb. ANS PRESS-in məlumatına görə, spiker Vladimir Rıbak iclasda fasilə elan edib. Bundan sonra hakimiyyət tərəfdarı və müxalif millət vəkilləri arasında mübahisə başlayıb. Davanın düşməsinə səbəb millət vəkili Vitali Qruşevskinin indi konsitutsiyanın dəyişdirilməsinin yaxşı olmayacağını deməsi olub. Müxalifət isə onu təxribatçı adlandırıb və itələməyə başlayıblar. Lakin bəzi deputatlar davanın böyüməsinin qarşısını ala biliblər. Buna cavab olaraq isə spiker iclasın fasiləsiz davam edəcəyini açıqlayıb. Qeyd edək ki, Ukraynada baş verən ixtişaşlar nəticəsində 77 nəfər ölüb. yüzlərlə insan yaralanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti