Parlamentdə dava - FOTO

22:17 | 20.12.2013
Parlamentdə dava - FOTO

Parlamentdə dava - FOTO

Türkiyə Böyük Millət Məclisində BDP-li millət vəkili Özdal Üçerlə AK partiyasının Ərzurumdan olan millət vəkili Rəcəb Akdağ arasında dava düşüb. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dava BDP-li deputat Özdal Üçerin keçmiş səhiyyə naziri Rəcəb Akdağın ünvanına söylədiyi təhqirlərdən sonra başlayıb. BDP-dən olan deputatın fikrincə, onun il yarım öncə qəzaya düşən həyat yoldaşı və qızının sağlamlıq durumu ilə Van xəstəxanasının həkimlərinin maraqlanmamasında birbaşa keçmiş səhiyyə nazirinin günahı var.

Hadisədən sonra Üçer jurnalistlərə verdiyi müsahibəsində deyib ki, o, yanımdan iztehzalı baxışlarla keçdi, bu da mənim xoşuma gəlmədi. Mən də ona dedim ki, ailəmin başına gələnlər sənin də başına gəlsin və dava bundan sonra başladı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti