Parlamentdə qan töküldü - FOTO

10:50 | 17.01.2014
Parlamentdə qan töküldü - FOTO

Parlamentdə qan töküldü - FOTO

Ukraynanın Ali Radası 2014-cü il üçün dövlət büdcəsi və daha 9 qanunu qəbul edib. İqtidardakı Regionlar Partiyası ilə müxalifətdən olan deputatlar arasında çox sərt qarşıdurmaya rəğmən, qanun layihələri ilə bağlı səsvermələr keçirilib və onlar təsdiqlənib.Milli.Az UNİAN-a istinadən bildirir ki, müxalifətdən olan deputatlar səsverməyə qatılmayıblar. Onlar tribuna və rəyasət heyətini mühasirəyə alıblar, sonra isə "Rada" səsvermə sisteminin işinə mane olmağa çalışıblar. Deputatlar arasında dava da düşüb.Regionlar Partiyasından olan iki deputat müxalifətçi millət vəkilləri ilə çəkişmə və dartışmalarda yaralanıblar.Dövlət büdcəsi ilə bağlı qanun müzakirəsiz, ikinci oxunuşda qəbul olunub. Sənədin qəbulu üçün 226 səs gərəkdisə, 249 səs "lehinə" verilib.Buna cavab olaraq "Batkivşina" Partiyasının parlament fraksiysının lideri Arseni Yasenyuk yeni etiraz aksiyalarını vəd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM