Parlamentin İntizam komissiyasına yeni səlahiyyət verilir

13:22 | 16.09.2020
Milli Məclisin İntizam komissiyasına deputatın maliyyə xarakterli məlumatlarını təqdim etməsinə nəzarət etmək səlahiyyəti verilir.

Anews.az apa-ya istinadla xəbər verir ki, bu, sabah Milli Məclisin İntizam Komissiyası və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikasının Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi” layihəsində əksini tapıb.

Layihəyə əsasən, İntizam komissiyasının deputatın maliyyə xarakterli məlumatlarını qəbul etmək və həmin məlumatlar üzrə ilkin araşdırma aparmaq səlahiyyəti də olacaq.
 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti