Parlamentin növbədənkənar sessiyası iyunun 7-də baş tutacaq

12:41 | 03.06.2024
Parlamentin növbədənkənar sessiyası iyunun 7-də baş tutacaq

Parlamentin növbədənkənar sessiyası iyunun 7-də baş tutacaq

Milli Məclisin növbədənkənar iclası iyunun 7-də keçiriləcək. Bu barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iyunun 3-də komitə iclasında bildirib. 
 
Parlamentin yaz sessiyası mayın 31-də başa çatıb. Spiker Sahibə Qafarova bildirib ki, ona edilən 80 deputatın müraciəti əsasında növbədənkənar iclas keçiriləcək. 
 
Daxili nizamnaməyə görə növbədənkənar sessiyasının 42 müraciət əsasında çağrılması yetərli sayılır. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM