Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.
Anews.az oxu.az-a istinadla xəbər verir ki, Milli Məclisə deputat seçilən şəxslərin 31 nəfərini pensiya yaşına çatmış şəxslər təşkil edir.
Onlardan 14 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələridir. Həmin YAP-çı deputatların siyahısını təqdim edirik:
İsa Həbibbəyli (70 yaş), Eldar İbrahimov (75 yaş), Sədaqət Vəliyeva (65 yaş), Hüseynbala Mirələmov (75 yaş), Mixail Zabelin (77 yaş), Hicran Hüseynova (65 yaş), Oqtay Əsədov (65 yaş), Əhliman Əmiraslanov (73 yaş), Hadi Rəcəbli (73 yaş), Cavanşir Paşazadə (67 yaş), Tahir Rzayev (70 yaş), Sahibə Qafarova (65 yaş), Aqiyə Naxçıvanlı 70 yaş, Bəxtiyar Sadıqov (69 yaş).
Milli Məclisin yeni tərkibinin pensiyaçı deputatlarının 10 nəfərini bitərəflər təşkil edir.
Pensiya yaşına çatmış deputatların yerdə qalanları isə digər partiyalardan seçilənlərdir.
İndi isə həmin deputatların siyahısı ilə tanış olaq:
Qeyd edək ki, hər üç şəxs Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edir.
Digərlərindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 73 yaşı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevin 66 yaşı var.
Qeyd edək ki, pensiya yaşına çatmış şəxslərlə bağlı məsələ "Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən tənzimlənir.
Belə ki, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.
Lakin 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna təşkil edir.
Həmin qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !