Qlazqo Universitetinin alimi «Symantec» tədqiqat laboratoriyasındakı həmkarı ilə birgə aydınlaşdırıb ki, rəqəm və böyük hərflərdən istifadə parolu daha təhlükəsiz etmir.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, tədqiqatçıların hazırladığı alqoritmin effektivliyi 32 milyon parol üzərində yoxlanılıb. Məlum olub ki, rəqəm və böyük hərflərdən istifadə parolun mürəkkəbliyini yüksəltməyə imkan vermir. Parolun uzunluğunun artırılması və ya xüsusi simvollardan istifadə sayəsində buna nail olmaq olar.
Tədqiqatçıların məlumatına görə, insanlar adətən parolun başlanğıcında böyük registr simvollarından, sonunda isə rəqəmlərdən istifadə edir. Onların sözlərinə görə, parolu daha da təhlükəsiz etmək üçün onun uzunluğunu artırmaq və xüsusi simvollar əlavə etmək lazımdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !