Ukraynanın Radikal Partiyasının sədri Oleq Lyaşko Ali Radanı ictimaiyyətin tələblərinə məhəl qoymayacağı təqdirdə "erməni ssenarisi” üzrə güllələyəcəyi ilə hədələyib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə partiya sədri parlament tribunasından çıxışı zamanı deyib.
"Sizi gəlib devirəcək yeni inqilab olacaq. Ən pis halda isə "erməni ssenarisi olacaq” – gəlib sizi güllələyəcəklər. Yeni inqilab astanasındayıq”.
Hakimiyyəti kommunal tariflərin artırılmasında, siyasi opponentlərini təqib etməkdə və antikorrupsion orqanlara təzyiq göstərməkdə ittiham edən Lyaşko "erməni ssenarisi” deyərkən 1999-cu ilin oktyabrında Ermənistan parlamnetində baş verən terror aktını nəzərə tutub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !