Partlayışlar Əfqanıstanda seçkilərə imkan vermir: Taliban yenə öz üzərinə götürdü

17:04 | 17.09.2019
Partlayışlar Əfqanıstanda seçkilərə imkan vermir: Taliban yenə  öz üzərinə götürdü

Partlayışlar Əfqanıstanda seçkilərə imkan vermir: Taliban yenə öz üzərinə götürdü

Taliban terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.

Anews.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Taliban hərəkatı Kabil və Pərvanda baş verən terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.

Sentyabrın 17-si Əfqanıstan prezidenti Əşrəf Qaninin seçki kampanıyasına qarşı Pərvanda törədilən partlayışda ən azı 24 nəfər həlak olub, 21 nəfər yaralanıb. Kabildə törədilən digər bir partlayışda isə ən azı 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Əfqanıstanda indiyə qədər bir neçə dəfə təxirə salınmış prezident seçkisinin bu il sentyabrın 28-də baş tutacağı gözlənilir. Əşrəf Qani 2014-cü ildən Əfqanıstanın prezidentidir. Əfqanıstan konstitusiyasına əsasən, prezident seçkiləri hər 5 ildən bir keçirilir.

Hüseynov Məhəmməd


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM