PAŞA bank Qarabağ dirçəliş fonduna 7 milyon ianə bağışlayıb

11:31 | 18.05.2023
PAŞA bank Qarabağ dirçəliş fonduna 7 milyon ianə bağışlayıb

PAŞA bank Qarabağ dirçəliş fonduna 7 milyon ianə bağışlayıb

2022-ci ildə PAŞA bank  Qarabağın dirçəliş fonduna 7 milyon manat vəsait köçürüb.  Bunu Bankın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib. 

"2022-ci ildə PAŞA bank  Qarabağın dirçəliş fonduna 7 milyon manat ianə edib. Biz bu ianələri dövlət və qeyri dövlət təşkilatları ilə bərabər etdik. Azərbaycan iqtisadiyyatına edilən yardımda bankın da rolu olmaldır", -  Cavid Quliyev bankın 2022-ci il üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
 
2022-ci ildə "PAŞA Bank”ın kredit reytinqi "Standard & Poor's” tərəfindən uzunmüddətli 'B+' və qısamüddətli 'B' səviyyəsində təsdiq edilib.

Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM