PAŞA bank təlimlərə 4 milyondan çox vəsait xərcləyib

12:00 | 18.05.2023
2022-ci ildə  PAŞA bank öz işçiləri üçün təşkil etdiyi təlimlərə 4 milyona yaxın vəsait ayırıb.  Bunu PAŞA bankın baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib. 

"PAŞA bank ən gənc banklardan biridir. 343 vakansiya daxili namizədlərin hesabına bağlanıb. Bu da yüksək bir nəticədir. Keçən il təlimlərə 4 milyona yaxın vəsait xərclənib", - Murad Süleymanov bankın 2022-ci il üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib. 
 
2021-ci ildə PASA bankda 1149 nəfər çalışıb. 
 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb