• $ 1.7
  • € 1.9359
  • ₽ 0.020852
  • ₺ 0.0444
  • £ 2.2618

"Paşa Holdinq"də daha bir yüksək vəzifə ona həvalə olundu

01.06.2023 13:31
"Paşa Sığorta" ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.

Şirkətin rəsmi saytında artıq bu vəzifəni Rövşən Allahverdiyevin icra etdiyi göstərilir.

Rövşən Allahverdiyev əslən Şərur rayonunun Yengicə kəndindəndir. Direktorlar Şurasının yeni sədri, həm də Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qardaşıdır.

Bu vaxta qədər ASC-nin Direktorlar Şurasına sədri Fərid Məmmədov idi.

Rövşən Allahverdiyev bir müddət əvvəl "Paşa Həyat Sığorta" şirkətinin Direktorlar Şurasının sədri təyin edilib. O, eyni zamanda "Kapital Bank" ASC-nin Müşahidə Şurasının sədridir.

"Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan "Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan "Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.

Bu ilin yanvar-aprelində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən ümumilikdə 467 milyon 530 min manat sığorta haqqı yığılıb ki, bunun da yarıdan çoxunu – 69%-ni "Paşa Həyat Sığorta” və "Paşa Sığorta” şirkətləri toplayıb. Onların topladığı sığorta haqqı 323 milyon manat olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Fond Birjasında Mərkəzi Bankın repo hərracı keçirilib
İqtisadiyyat 16:38
Bakı Fond Birjasında Mərkəzi Bankın repo hərracı keçirilib
Nar”regionqadınlarının yaradıcılıq imkanlarına töhfə verir
İqtisadiyyat 14:55
Nar”regionqadınlarının yaradıcılıq imkanlarına töhfə verir
Yelo Bank, SİMA İmza ilə müştərilərə xidmət prosesini sürətləndirir
İqtisadiyyat 14:51
Yelo Bank, SİMA İmza ilə müştərilərə xidmət prosesini sürətləndirir
Birbank Private xidmət şəbəkəsini genişləndirir
İqtisadiyyat 14:42
Birbank Private xidmət şəbəkəsini genişləndirir
Azərbaycanın qaz ixracı 12 ölkəyə çatıb, yaşıl enerji layihələri genişlənir
İqtisadiyyat 13:38
Azərbaycanın qaz ixracı 12 ölkəyə çatıb, yaşıl enerji layihələri genişlənir
Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı
İqtisadiyyat 13:32
Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı
Azərbaycanda sığorta bazarı böyüyüb
İqtisadiyyat 12:40
Azərbaycanda sığorta bazarı böyüyüb
Курсы валют на 25 апреля
İqtisadiyyat 10:00
Курсы валют на 25 апреля
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:37
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol