- Ukrayna erməniləri nə etmək fikrində idilər və siz onlara necə mane oldunuz?- Ukrayna Nazirlər Kabineti tərkibindəki milli azlıqlarının hüquqlarının müdafiəsi və namizədliyi məsələsinə Millətlərarası Münasibətlər və İctimai Şuranın milli azlıqlarının hüquqlarının müdafiəsi məsələri üzrə komissiyanın iclasında baxılırdı. Məsələ qaldırıldı ki, bu vəzifəyə Ukrayna Erməniləri Konqressinin prezidenti Aşot Avanesyanın namizədliyi irəli sürülsün.Bildirdim ki, son hadisələrlə və bəzi "dost" ölkələrin mövqeyi ilə əlaqədar olaraq Ukrayna Ermənistanla diplomatik münasibətləri kəsməlidir və Aşot Avanesyanın Ukrayna milli azlıqlarının işləri üzrə ombudsman olması yolverilməzdir. O, Ukraynanın bəzi regionlarında separatçı əhval-ruhiyyələrin olması zamanı öz qeyri-peşəkarlığını və sözünün kəsərsizliyini göstərdi.Qeyd etdim ki, milli azlıqlıqların məsələləri ilə məşğul olmaq üçün ilk öncə, Krımda və Ukraynanın Şərqində separatça hərəkatlarda fəal iştirak edən öz həmyerliləri ilə məsələni yoluna qoymaq lazımdır. Mən Ukrayna ərazisində ermənilərin separatizmə cəlb edilməsi faktlarını nümunə gətirdim.Bu sözlərim Ukrayna erməniləri Konqressinin prezidenti, mənşəcə bakılı Aşot Avanesyanda hiddət doğurdu. O vaxtacan isə artıq artıq ombudsman, həmçinin Ukraynanın Milli Azlıqlar üzrə Məsləhət Şurasının sədrini seçmişdilər.Sonra şifahi mübahisə oldu. Bu da iclasın ləğvinə gətirib çıxardı və Ombudsman məsələsi keçmədi. Mənə bildirildi ki, bu məsələ tamamilə qapanıb və hökümətin özünün ombudsman təyin etməsi məsələsinə baxılacaq.Kamal ƏliANN.Az