Paşinyan AZAL-a məxsus təyyarə qəzası ilə bağlı başsağlığı verib

13:54 | 25.12.2024
Paşinyan AZAL-a məxsus təyyarə qəzası ilə bağlı başsağlığı verib

Paşinyan AZAL-a məxsus təyyarə qəzası ilə bağlı başsağlığı verib

Baş nazir Nikol Paşinyan Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

"Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Gündəlik həyatı yaşayan insanların başına gələn faciə kədərlənməyə bilməz”, -   o, X səhifəsində yazıb.

Bu gün "Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. 


Təyyarədə olanların 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. 
 
Hələlik ölənlərin siyahısı dəqiqləşdirilməyib. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti