Ermənistan Azərbaycanda sülh sənədinin 3 əsas prinsipi üzrə razılıq əldə edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Əgər tərəflər sadiq qalarsa yaxın zamanlarda sülh müqaivələsinin realllışdırılması mümkün ola bilər. Birinci prinsip Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasıdır. İkincisi Alma-Ata Bəyannaməsi, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır və üçüncüsü komnukasiyaların açılmasıdır", - baş nazir oktyabrın 30 -da Ermənistan Parlamentində ölkənin büdcə müzakirələri zamanı çıxışında bildirib.
Baş nazir qeyd edib ki, Ermənistanın əsas planlarına Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri tənzimləmək daxildir.
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında vurğuayıb ki, yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər.
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistanın liderlərinin keçiriləcəyi görüşün təxirə düşdüyünü açıqlayıb.
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi üçün razılığı olduğunu qeyd edib.
Bundan əvvəl Rusiya prezidenti Putin də açıqlamasında bildirib ki, Moskva iki ölkənin sülh müqaviləsinin imzalanması üçün dəsətək göstərməyə hazırdır.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib.
Azərbaycan tərəfi sonuncu dəfə sülh sənədini Ermənistana göndərib. Ermənistan tərəfi həmin sənəd üzərində işlədiyini vurğulayıb.
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !