Paşinyan Azərbaycanla sülhə hazır olmadığını açıqlayıb

10:01 | 23.02.2024
Paşinyan Azərbaycanla sülhə hazır olmadığını açıqlayıb

Paşinyan Azərbaycanla sülhə hazır olmadığını açıqlayıb

Ermənistan Azərbaycanla sülhə hazır olmadığını bəyan edib. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan açıqlama verərək bildirib. 
 
"İrəvanla Bakı arasında sülh hələ mümkün deyil. Bakının bəyanatlarını nəzərə alsaq, Ermənistana yeni "hücum" ehtimalını güman edə bilərik", - Paşinyan France 24 kanalına müsahibəsində deyib. 
 
Bir gün əvvəl Bakıa keçirilən Asiya Parlament Assamblyeasının Bakıda keçirilən 14-cü plenar sessiyasında Milli Məclisin sədri Sahibə Qafarova söyləyib ki, Ermənistan artıq 3 ildir Azərbaycanla sülh imzalamaqdan imtina edir. 
 
Bir neçə gün öncə Azərbaycan Prezidenti Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə hər iki ölkənin xarici işlər nazirlərinin görüşməsi barəsində razılıq əldə olunub. 
 
Rəsmi Bakı bir gün əvvəl Ermənistana sülh sənədinin yeni variantını verdiyini açıqlayıb.  
 
Fevralın 12-də Dövlət Sərhəd Xidmətinin əməkdaşı Zəngilan istiqamətində Ermənistan Silahı Qüvvələrinin atəşə tutması nəticəsində yaralanıb. Daha sonra hər iki ölkənin sərhəd bölgəsində vəziyyətin gərginləşməsi baş verib. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını təsdiq edib.  

2023-cü ilin payızında keçirilən antiterror əməliyyatından sonra bu Qarabağ regionunda tərəflər arasında yaşanan ilk gərginlikdir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM