Ermənistanın Baş naziri Nikol Paşinyan "Mülki müqavilə" fraksiyasının deputatları və nazirlərlə Brüssel görüşünün nəticələri ilə bağlı qapalı iclas keçirib.
Bu barədə "Joxovurd" qəzeti yazır.
İki saatdan çox davam edən görüşdə iki nazir - Təhsil və Elm Nazirliyinin rəhbəri və Fövqəladə Hallar Nazirliyinin rəhbərləri iştirak ediblər.
"Paşinyan Brüssel görüşünün təfərrüatları barədə danışıb, yekun nəticələrini bildirib. Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlməyin mümkün olmadığını desə də, ümumilikdə Brüssel görüşünü müsbət qiymətləndirib", - məqalədə deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !