Ermənistanın baş naziri Nikol Paşinyan noyabrda Bakıda keçirilən COP29 konfrasında iştirakla bağlı hələlik qərar verməyib. Bu barədə baş nazir özü açıqlama verərək bildirib.
"Bizim hələ ki, bu məsələ ilə bağlı qərarımız yoxdur", - Paşinyan deyib.
Noyabrın 11-22-də Bakıda COP-29 keçiriləcək. Azərbaycan Ermənistanı da bu tədbirdə iştiraka dəvət edib. Nikol Paşinyan təklifin gəldiyi vaxt məzuniyyətdə olduğunu əsas gətirərək Azərbaycana rəsmi cavab verməmişdi.
Ekspertlər Ermənistanın bu tədbirdə xarici işlər naziri səviyyəsində təmsil olunacağını proqnozlaşdırır. Ermənistan xarici işlər naziri bu dəvəti qəbul edərsə son 30 il ərzində bu Ermənistan XİN rəhbərinin Bakıya ilk səfəri olacaq.

Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !