Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dünyanın müxtəlif ölkələrindən bir çox dövlət və hökumət başçıları qatılacaq.
Mərasimdə iştirak etmək üçün NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyanın da Türkiyəyə gələcəyi gözlənilir.
Ümumilikdə andiçmə mərasiminə 20 ölkədən liderlər qatılacaq. Mərasimdə Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Əlcəzair, Macarıstan və Ruanda da daxil olmaqla 20-yə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !